O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı




      Bölmə: Gündəm Tarix: 06.05.2023 / 13:49

Dövlət Təhlükəsizliyi Xidməti uğurlu əməliyyat keçirib. Budəfəki əməliyyatla Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı təxribat və onun iştirakçıları ifşa edilib.    

44gun.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, teleqram kanallarında yayılan videolarla “Xaytarak” radikal qruplaşması Azərbaycanda sanki nümayəndələrinin olması görüntüsünü yaradaraq Bakıda insanlar arasında təşviş yaratmaq istəyib.

Şəhidlər xiyabanında ermənilərə məxsus “Xaytarak” və “Erməni Ari dövləti”  radikal quruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb.

Görüntülərdən aydın görünür ki, çəkiliş edən şəxs qadındır.

Həmin kadrlar sosial şəbəkələrdə yayılan kimi Dövlət Təhlükəsizliyi Xidməti dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Bu zaman hər  bir detal diqqətlə yoxlanılıb.

Əvvəlcə xüsusi əməliyyatla həmin videoları çəkən Rusiya əsilli, İtalya vətəndaşı olan Yana Gutselyuk saxlanıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən teleqramda turizm yönümlü səhifələrə üzv olaraq  əsasən gəzməli-görməli yerlərlə maraqlanıb. Bu zaman qadından əslən azərbaycanlı olduğunu və Rusiyada yaşayan “Baku Siti” restoranının sahibi kimi təqdim edən şəxs  kömək istəyib. Bunun müqabilində pul ödəyəcəyini də bildirib.

Digər  şəxs Elena Lariontseva  isə ifadəsində bildirib ki,  Azərbaycanda turizim sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir nəfər tanımadığı şəxs teleqram sosial şəbəkəsində yazıb ki, Şəhidlər xiyabanından foto və video çəkib göndərsin.  Elena da Bakıda olan rəfiqəsi Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib. Onlar birlikdə Şəhidlər xiyabanına gedərək tanımadıqları şəxslərin istəklərini yerinə yetiriblər.

Sonra həmin adam Elena Lariontsevaya bildirib ki, “mən azərbaycanlıyam və mənə inan”.

“Mən ona ən çox niyə inandığımı bilirsiz? Rus dilində səlis yazırdı. Ermənilər heç vaxt belə yaza bilmirlər”,- deyə qadın bildirib.

Elena Lariontseva ilə Şəhidlər xiyabanında “Xaytarak” radikal quruplaşmasının embleminin fonunda şəkil və video çəkən əslən azərbaycanlı və Rusiyada yaşayan Lalə Bəhrəmova da saxlanaraq ifadəsi alınıb. Lalə bildirib ki, atası azərbaycanlı, anası isə rus olub. 1995-ci ildə valideynləri ayrılarkən Lalə anası ilə Rusiyaya köçüb və orada yaşayıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalarla  “Xaytarak” radikal qruplaşmanın teleqram kanalının təsisçi və inzibatçıları da müəyyən edilib. Məlum olub ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan Qurqen Torosyan,  Sarkis Arutyunan, İqor Akopdjanyan və Artur Martirosyandır. DTX əhali arasında təşviş yaratmaq, vahimə salmaq kimi hallara qarşı  bundan sonra da qətiyətli mübarizəsini davam etdirəcək. İnsanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)