Bu ilin yanvar-mart aylarında işğaldan azad edilən 8 rayon – Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər və Xocavənddə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmi 13 milyon 371,4 min manat təşkil edib.
Açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ən çox satış Füzuli rayonunda qeydə alınıb.
Bu rayondakı pərakəndə ticarət müəssisələrində 5 milyon 809,8 min manatlıq məhsul satılıb. Ən az satış isə Qubadlıda olub – 26 min manat.
Maraqlıdır ki, Kəlbəcər rayoununda bir manatlıq da olsa pərakəndə ticarət dövriyyəsi olmayıb.
Füzuli – 5 809,8 min manat
Ağdam – 2 117,1 min manat
Zəngilan – 1 340,9 min manat
Cəbrayıl – 1 704,7 min manat
Qubadlı – 26 min manat
Şuşa – 1 253,1 min manat
Laçın - 747,7 min manat
Kəlbəcər - 0
Xocavənd - 372,1 min manat
/yeniavaz.com/