Bağ evində qətlə yetirilən Türkanın atası və əri DANIŞDI: “Qabağımda ağlayıb, yalvarırdı ki…”




      Bölmə: Sosial Tarix: 08.05.2023 / 21:25

Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.

44gun.az - ın məlumatına görə,  mərhum Türkan Gündüzün atası mühüm faktları açıqlayıb.

“Türkanın həyat yoldaşı bizim müəssisədə ocaqçı olub. Sadəcə olaraq, bizə yaxın yerdə kirayədə yaşayıb. Sonra da özünün bu tülkü variantı ilə qızımın qəlbini alıb. Mən subay oğlanam, beləyəm, eləyəm… Uşaq da 19 yaşında onu sevib. Mənim balam çox savadlı uşaqdır. Nəinki o, hər üç övladım ali təhsillidir. Ümumiyyətlə, bizim ailə ali təhsillidir. Uşaqlarımın hamısı yüksək səviyyədə təhsil alıb. Yoldaşım da ali savadlıdır, iki ixtisas sahibidir. Bu adam isə ocaqçı olub, heç peşə məktəbini də qurtarmayıb. Yetim bir ailənin uşağıdır. Bunların hamısını ailə qurandan bir neçə il sonra bilmişəm. Sonradan, nəvəm anadan olanda öyrəndik ki, bunun Türkiyədə ailəsi olub və boşanıb”.

O, Türkanın Məhəmməd Gündüzün hesabına ali təhsil alması məsələsinə də toxunub:

“Bunların hamısı şayiədir. Qızımı özüm oxutdurmuşam. Gözümün qabağında müəllimlər hazırlaşdırıb. Həmişə deyirdim ki, savadlı həkim ol. Türkan dəfələrlə olimpiadalarda qalib gəlib. O, bu şəxslə tanış olanda Azərbaycan Tibb Universitetinin 3-cü kursunda təhsil alırdı. Qızım onunla ailə həyatı quranda 4-cü kursa keçmişdi. Eyni zamanda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində çalışırdı. Mətbuatda onun biznesmen olduğu ilə bağlı xəbərlər yayılır. Bunların hamısı yalandır. Onun əvvəlki ailəsindən üç uşağı olub. Biri intihar edib, o biriləri isə bu gün acından ölür. Biznesmenin şəxsi möhürü olur. Nə biznesmen? O, biznesmen deyil. Sadəcə, Türkiyə vətəndaşıdır. İcazəsi yox idi ki, burada torpaq alsın. Türkanın adına torpaqlar ala-ala ev tikməyə başladı. Onu da qeyd edim ki, Türkanla ailə qurandan sonra uzun müddət kirayədə yaşadılar. O, biznesmen idisə, imkanları elə qızıma qədər olardı da…”

Türkanın atası onların boşanma məsələsinə də toxunub:

“Türkan çox saf idi, xeyirxah idi. Neçə qaziyə, pandemiya dövründə neçə insana təmənasız yardım edib. Ehtiyacı olan insanları təmənnasız əməliyyat edirdi. Qızım onun qulluqçu ilə xəyanətini görmüşdü və buna görə də İstanbulda boşanma ərizəsi yazmışdı”.

Türkan Gündüzün anası Sevda Hacıyeva isə xəyanət videosunu özünün yaydığını bildirib: “O videonu özüm bilərəkdən yaydım. Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin. Mənim balama şər atmasınlar. Qızım saf, təmiz, mərhəmətli qız idi”.

Sevda xanım sosial şəbəkədə yazılanların onu çox üzdüyünü də bildirib: “Deyirlər ki, guya mən Türkanı dəfələrlə əri ilə barışdırmağa çalışmışam. Amma bu yalandır. Əksinə, mən onların evliliyinə qarşı olmuşam. Hətta qızım ona razılıq verdiyi üçün 6 ay onunla danışmadım. Qızımın o adama ərə getməsini heç zaman istəməmişəm. Məhəmməd atası ilə mənim qarşımda ağlayıb yalvardı ki, qızınızı sevirəm, evlənməyimizə icazə verin. Ondan sonra ürəyimiz yumşaldı, razılıq verdik”. (News24.az)

Sonda qeyd edək ki, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib. O, bir müddətdir həyat yoldaşı ilə münasibətlərinin soyuduğunu, hadisə baş verərkən isə bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdüklərini qeyd edib. /savash.org/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)