Vasif Talıbovun “dirilmək” cəhdi: Adamlarına tapşırıq verib ki...




      Bölmə: Gündəm Tarix: 12.05.2023 / 11:02

Vasif Talıbov ötən il dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri postundan istefa verəndən sonra muxtar respublikada köklü kadr dəyişiklikləri aparıldı.

Başda Naxçıvan prokurorunun köməkçisi vəzifəsində çalışan qardaşı Məhərrəm Talıbov və Naxçıvan Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsini tutan oğlu Seymur Talıbov olmaqla, keçmiş sədrə yaxın olan xeyli adam muxtar respublikadakı postları ilə vidalaşmalı oldu.

Yenisabah.az bildirir ki, Fuad Nəcəflinin prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi təyin edilməsindən sonra islahat dalğası daha geniş vüsət aldı. Naxçıvan Muxtar Respublikasında hökumət üzvü olan bir neçə nazir, komitə sədri və digər rəsmi şəxslər işdən çıxarıldı. Adı Vasif Talıbovla işbirliyində hallanmayan yeni kadrlar Naxçıvanda müxtəlif qurumların başına gətirildi.

Qeyd edək ki, V.Talıbov və yaxın ətrafı əvvəlcə baş verənləri seyr etməklə kifayətləndi. “Xan” və çevrəsi muxtar respublikada gedən dəyişikliklərə münasibət bildirməkdən hər vəchlə yayındı. Hətta ilk vaxtlar onlar cəmiyyətdən tamamilə təcrid olunmağa üstünlük verdilər. Ötən 5 ay ərzində V.Talıbovun heç bir ictimai məkanda görünməməsi hətta xeyir-şər məclislərinə belə qatılmaması bunu sübut edir.

Vasif Talıbovun və adamlarının həmişə belə qalacağı və heç vaxt sükutu pozmayacağı gözlənilsə də, hazırda bunun əksi baş verir. Naxçıvandakı mənbələrin saytımıza bildirdiyinə görə, talıbovçular son günlər yerli idarəçilikdən narazılıqlarını açıq şəkildə dilə gətirməyə başlayıblar. Onlar xeyir-şər məclislərində, iaşə obyektlərində Naxçıvanda vəziyyətin gündən-günə pisləşdiyini deməkdən çəkinmirlər.

Talıbov dövrünün xiffəti ilə yaşayan bu adamlar ötən günlərə qayıtmaq arzularını gizlətmirlər. İndi onların dilindən “Vasif Talıbovun vaxtında vəziyyət bundan qat-qat yaxşı idi” məzmunlu iradları tez-tez eşitmək mümkündür.

Aldığımız məlumata görə, talıbovçular sosial şəbəkələrdə də açıq və gizli profillərdən yerli rəhbərlik əleyhinə təbliğat aparırlar. Onlar ətin, meyvə-tərəvəzin, digər ərzaq məhsullarının qiymətinin artmasından şikayətlənirlər. Tez-tez V.Talıbovun dövründə ətin qiymətinin 9 manat olduğunu, indi isə 15 manata qalxdığını deyərək Naxçıvanın indiki rəhbərliyini tənqid edirlər.

Mənbə həmin şəxslərin birbaşa Vasif Talıbovdan təlimat aldığını iddia edib. Onun sözlərinə görə, “xan” özünü “heç nəyə qarışmayan adam” kimi göstərsə də, prosesləri dirijor çubuğu ilə məharətlə idarə edir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)