Pənahəli xanın nəslinin nümayəndəsi Prezidentə məktub yazdı




      Bölmə: Gündəm Tarix: 20.05.2023 / 00:04

Pənahəli xanın nəslinin nümayəndələrindən biri Məhəmmədəli Əkbərov Prezident İlham Əliyevə məktub yazıb.

Məktubda deyilir:

“Mən, Məhəmmədəli Əkbərov İspaniya Krallığında doğulub boya-başa çatmışam. Pənahəli xanın nəslinin nümayəndələrindən biri olaraq gündən-günə çiçəklənən Azərbaycanımızın inkişafı, uğurları və nailiyyətləri mənə də böyük sevinc və fərəh hissi bəxş edir.

Sizin göstərişinizlə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. Biz də öz növbəmizdə Ulu Öndərimizin 100 illik yubileyini böyük hörmət və ehtiramla qeyd edirik.

Allah Ulu Öndərimizə rəhmət eləsin!

Bu möhtəşəm yubileyin məhz ulu babalarımın torpağı olan Şuşa şəhərində keçirilməsi məni xüsusilə duyğulandırdı. Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük arzusu – Qarabağımızın, eləcə də Şuşamızın azad olunması Sizin rəhbərliyiniz və güclü ordumuzun şücaəti sayəsində həyata keçirilmişdir.

Cənab Prezident, Şərqi Zəngəzurda, eləcə də mədəniyyət incimiz olan Şuşada Sizin göstərişinizlə abadlıq və bərpa işlərinin təməli qoyulmuşdur. O cümlədən Şuşa şəhərində küçələrin birinə ulu babam Pənahəli xanın adının verilməsi məni çox sevindirdi. Bu münasibətlə Sizə şəxsən öz adından və ailəmin adından dərin minnətdarlığımı bildirirəm.

Sizin gənclərə göstərdiyiniz diqqət və qayğı bir azərbaycanlı gənc olaraq məni, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimizi ruhlandırır, Azərbaycanımızın inkişafı naminə Sizin ətrafınızda bir yumruq kimi birləşməyə sövq edir.

Qeyd etmək istərdim ki, 2022-ci ildə Heydər Əliyev Fondunun və Diasporla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etməyim mənə həyatımın ən xoş anlarını yaşatdı və xoş təəssüratlar bəxş etdi.

Fəaliyyət göstərdiyim ölkədə diaspor üzvü olaraq, bir daha Sizə təşəkkürümü və minnətdarlığımı bildirir, Ulu Öndərimizin 100 illik yubileyi münasibətilə Siz başda olmaqla, ailənizi və bütün xalqımızı təbrik edir, ən xoş arzularımı çatdırıram”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)