Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan kimdir? - DOSYE




      Bölmə: Gündəm Tarix: 04.06.2023 / 00:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 iyun 2023-cü ildə açıqladığı yeni kabinetdə keçmiş MİT başqanı Hakan Fidan xarici işlər naziri təyin olunub.

Azərbaycanı ən çox maraqlandıran isimlərin arasında Hakan Fidan da var.

Hakan Fidanın təcümeyi-halını təqdim edirik: 

"Hakan Fidan 1986-2001-ci illər arasında Türkiyə Silahlı Qüvvələrində kiçik zabit  kimi xidmət edib. O, könüllü olaraq hərbi xidmətinə son qoyub və Merilend Universitet Kollecində İdarəetmə və Siyasi Elmlər üzrə bakalavr dərəcəsi alıb.

Bilkent Universitetində “Xarici Siyasətdə Kəşfiyyatın Rolu” adlı dissertasiya işi ilə magistr dərəcəsini, 2006-cı ildə isə həmin universitetdə “İnformasiya dövründə diplomatiya: İnformasiya texnologiyalarının xarici siyasətdə istifadəsi” mövzusunda dissertasiya işi ilə doktorluq dərəcəsini alıb.

H.Fidan Akademik təhsilini Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində, BMT-nin Cenevrədəki Silahsızlanma İnstitutunda və Londondakı Verification Technologies Araşdırma Mərkəzində davam etdirib. Hacettepe və Bilkənd universitetlərində akademik vəzifəsində də çalışıb.

Fidan həmçinin 2001-ci ildən NATO-nun Çevik Hərəkət Korpusunun Almaniyadakı qərargahında çalışıb və 2 il Avstraliya Türkiyə səfirliyində baş siyasi və iqtisadi məsləhətçi vəzifəsini icra edib. 2003-cü ildə Türkiyə Baş nazirliyində Türk Əməkdaşlıq və İnkişaf İdarəsinə təyin edilib.

14 noyabr 2007-ci ildə Baş nazirlik müşavirinin müavini vəzifəsinə təyin edilən Fidan, 2008-ci ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin üzvü təyin edilib. O, həmçinin 2008-ci il martın 8-də Beynəlxalq Əhməd Yəsəvi Universitetinin qəyyumlar şurasının üzvü olub, lakin 2011-ci ilin fevralında bu vəzifədən istefa verib.

Hakan Fidan 15 aprel 2010-cu ildə Milli Kəşfiyyat Təşkilatının müşaviri vəzifəsinə təyin edilib. O, Əmrə Tanerin səlahiyyət müddəti bitdikdən sonra, 25 may 2010-cu ildə MİT-in müşaviri vəzifəsinə təyin edilib. Bununla da o, Türkiyə Cümhuriyyətinin ən gənc MİT müşaviri kimi tarixə düşüb."|musavat.com|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)