“İlkinin etirafı var, ortaya qoyacam, onda…” – Nərminin atasından AÇIQLAMA




      Bölmə: Gündəm Tarix: 05.06.2023 / 16:06

Xəbər verdiyimiz kimi, 3 il əvvəl Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanova 18 il həbs cəzası verilib.

Bu gün - hökmün oxunduğu ərəfədə sosial şəbəkələrdə N.Quliyevanın atası Şərif Quliyevin hərbi xidmətdən yayınmasına baxmayaraq, “Müharibə veteranı” adı və vəsiqəsi alması ilə bağlı iddialar yayılıb. Paylaşılan sənəddə Ş.Quliyevin hərbi hissəni özbaşına tərk etməsi göstərilsə də, sonradan onun veteran statusu aldığı bildirilib.

44gun.az xəbər verir ki, məsələ ilə bağlı Ş.Quliyevlə əlaqə saxlanılıb. O, “Qafqazinfo”ya açıqlamasında deyilənləri təkzib edib: “Bu gün İlkinə hökm oxunub, yayılan məlumatlar isə qarşı tərəfin işləridir. İnanmayanlar araşdıra bilərlər. Mən 1992-ci il avqust ayının 29-dan 1995-ci il fevralın 8-nə qədər Qazax rayonu “N” saylı hərbi hissədə hərbi xidmətdə olmuşam. Bütün sərhədboyu ərazilərdə xidmət keçmişəm. Bütün sənədlərim də özümdədir. Veteran adını da yeni almamışam”.

O, məhkəmənin bugünkü qərarının ədalətli olduğunu deyib: “Bu qədər sübutlar, faktlar var, məhkəmə nə o yan-bu yan edə bilər. Məhkəmə bütün sübutları ortaya qoydu. İlkinin Nərmini necə saxlaması ilə bağlı özünün etirafı var. Hamısını ortaya qoyacağam, daha doğrusu, dövlət özü göstərəcək. O zaman hər şey məlum olacaq”.

İddia ilə əlaqədar Müdafiə Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. MN-dən "Qafqazinfo"ya bildirildi ki, iddianı dəqiqləşdirmək üçün vətəndaşın şəxsi məlumatlarının təqdim edilməsi vacibdir.

Qeyd edək ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. 1973-cü il təvəllüdlü İlkin Süleymanov həmkəndlisi-10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda i.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmün elan edilməsindən sonra İlkin Süleymanovun ailəsi buna etiraz edib və məhkəmə zalında gərginlik yaşanıb.

 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)