"Əsassız tələblər irəli sürən sığorta şirkətlərinə qarşı tədbirlər görülməlidir" - DEPUTAT




      Bölmə: Gündəm Tarix: 07.06.2023 / 10:04

"Məlum olduğu kimi, bu ilin yanvarın 2-də 9-cu mikrorayon, Cavadxan küçəsi, 4 A saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında təbii qazın sızması ilə əlaqədar baş verən güclü partlayış nəticəsində 6 mənzil tamamilə dağılmış, vətəndaşların ev avadanlıqları və əşyaları yararsız vəziyyətə düşmüşdür.

44GÜN.AZ xəbər verir ki, bu sözləri milıət vəkili Azay Quliyev icbari sığorta sistemində oıan boşluqlara münasibət bildirərkən deyib.

Hadisədən yarım il keçməsinə və müvafiq dövlət qurumlarına dəfələrlə olunan müraciətlərə baxmayaraq, indiyə kimi nə vətəndaşların evləri təmir olunub, nə də onlara dəymiş maddi ziyan ödənilib.

Bu ailələrin düşdüyü vəziyyət çox acınacaqlıdır və onlar kirayədə yaşadıqları evlərin kirayə pulunu ödəmək qabiliyyətində deyillər.

Dövlət qurumlarından verilən cavab isə budur ki, vaxtında mənzillərinizi sığortalamalıydınız. Bu yanaşmanın məntiqi başa düşülən olsa da, vətəndaşların hazırda düşdüyü vəziyyətə adekvat deyil.

Belə ki, sığortalanan mənzillərdən birinin sahibinə cəmi 7079 manat sığorta pulu təklif olunub. Gəlin razılaşaq ki, bu vəsaitlə tamamilə dağılmış mənzili təmir etmək və avadanlıqla təchiz etmək mümkün deyil.

Sığorta şirkətlərindən söz düşmüşkən, burada başqa bir vacib məsələyə də toxunmaq istərdim.

Son günlər daşınmaz əmlakın icbari sığortası məsələsi aktuallaşıb. Sığorta şirkətləri ev-ev gəzərək vətəndaşlardan tələb edirlər ki, icbari sığorta müqaviləsi bağlasınlar, əks təqdirdə məsuliyyət daşıyacaqlar.

Əlbəttə, daşınmaz əmlakın icbari sığortası mahiyyət etibarilə faydalıdır və zəruridir. Lakin sığorta bazarında mövcud problemləri həll etmədən insanları bu formada nəyəsə məcbur eləmək doğru deyildir.

İlk növbədə sığorta sisteminə insanlar tam etimad edib güvənməlidirlər. Bu gün sığorta hadisəsinin qeydə alınmasından, ta sığorta ödənişinin alınmasınadək ciddi bürokratiya, problemlər, süründürməçilik var. Buraya həmçinin sığorta hadisəsi zamanı vurulan ziyanın düzgün hesablanmaması və ədalətli ödənişin həyata keçirilməməsi də daxildir.

İkincisi, axı sığorta şirkətləri inzibati orqanlar deyillər. Onlar olsa-olsa bu işi təşviq edə, vətəndaşların sığorta müqaviləsi bağlaması üçün çağırış edə bilərlər.

Lakin bəzi şirkətlər sanki bir cərimə tətbiq edən qurum kimi davranır, vətəndaşlara SMS-lər göndərərək onları cərimələməklə və ya cəzalandırmaqla hədələyirlər.

Digər tərəfdən sığorta təşkilatlarının bu cür tələb irəli sürməsi haqsız monopoliya imkanları yaradır və vətəndaşın sərbəst şəkildə sığortaçı seçmək hüququnu məhdudlaşdırır.

Müvafiq qurumlardan xahiş edirəm ki, icbari sığorta ilə bağlı vətəndaşları narahat edən bu kimi suallara aydınlıq gətirilsin və əsassız tələblər irəli sürən sığorta şirkətlərinə qarşı qanun çərçivəsində tədbirlər görülsün."






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)