Əbülfəs Qarayevin iranlı kürəkəni VƏZİFƏDƏN AZAD EDİLDİ - YENİ TƏYİNAT




      Bölmə: Gündəm Tarix: 07.06.2023 / 14:05

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni Şahriar Maleki "Green Farm Azərbaycan” MMC-nin (VÖEN-1700495641) rəhbərliyindən gedib.


Sfera.az Yeniavaz.com-a istinadən xəbər verir ki,Matlab Musayev Şahriar Malekinin yerinə "Green Farm Azərbaycan” MMC-yə yeni direktor təyin olunub.


Qeyd edək ki, əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan "Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.


Xatırladaq ki, Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.


Əbülfəs Qarayevin kürəkəni Şahriar Malekiyə məxsus olan "Colab” adlı kovorkinq mərkəzi də bu ilin mart ayından etibarən "Port Baku”da yerləşən ofis sahəsindən çıxıb.


Onu da bildirək ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə Əbülfəs Qarayevin ailə üzvlərinə məxsus şirkətlər fəaliyyət göstərir.


"GALS” MMC (VÖEN- 1701354961 ) 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub. "GALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.


Qeyd edək ki, bir il sonra - 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən "GALS” adlı daha bir şirkət təsis olunub.


Bundan baqşa sabiq nazirin ailəsinə məxsus "SQ-Future” MMC (VÖEN-1700495641) 2004-cü ildə Səbail rayonu, Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında təsis olunub. "SQ”nin isə Suad Qarayevin baş hərflərindən ibarət olduğu bildirilir. "SQ-Future” MMC-nin qeydiyyatda olduğu Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) direktor olduğu "Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC də qeydə alınıb.


"GALS” adı ilə Azərbaycanda daha 3 şirkət fəaliyyət göstərir - "GALS Gallery”, "GALS Beauty and Spa” və "GALS Cleaning and Supply Services” MMC. Bunlardan başqa "GALS” MMC-nin qanuni təmsilçisi olan Fətullayev Abbas eyni zamanda Nərimanov rayonu, Hacı Murad, ev 21A ünvanında qeydiyyatda olan "TM Group” MMC-nin də qanuni təmsilçisidir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)