Maaşlar cəmi 10% artırılacaq - Əli Məsimli




      Bölmə: Gündəm Tarix: 07.06.2023 / 14:19

“İnflyasiya yuvarlaq götürsək 14%, ərzaq üzərində 20% ətrafında olub. Müəyyən dərəcədə onun aşağı düşməsi proqnozlaşdırılır. Amma hesab edirəm ki, bu proqnoz deyil, arzudur”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin proqnozlarında inflyasiya 10,4, Mərkəzi Bankın proqnozlarında isə 8,3%-dir.

“Srağagün Mərkəzi Banka sual verdim ki, bununla bağlı rıçaqlarınız varmı? Əgər beynəlxalq praktikada tətbiq olunan uçot dərəcəsini rıçaq kimi istifadə etməkdən söhbət gedirsə, açıq deyək ki, Azərbaycan şəraitində uçot dərəcəsi işləmir. Sərt monetar siyasətə keçəcəyiksə, bu, ÜDM-i artımını 1,8%-dən də aşağı salacaq və ciddi əlavə problemlər yaradacaq.

Bu barədə düşünmək lazımdır ki, Mərkəzi Bankın sadaladığım rıçaqları işləmirsə, onları nəzərdə tutulan qaydada tətbiq edilməsi xeyirdən çox, ziyan verəcək. Azərbaycanda inflyasiya heç də monetar amillərlə bağlı deyil.

Bu nöqteyi-nəzərdən 2023-cü ildə əmək haqqının 10% ətrafında artacağı proqnozundan belə çıxır ki, cari ildə əhalinin real gəlirlərini artırılması istiqamətində heç nə olmayacaq. Əmək haqlarının artırılması inflyasiya artımını kompensasiya etməkdən o yana getmir.

Bu istiqamətdə İqtisadi Şurada xüsusi bir iclasın keçirilməsi, həm proqnozlara baxılması, həm də reallaşdırılması istiqamətində yeni doktrinanın ortaya qoyulması vacibdir”, - deyə Əli Məsimli əlavə edib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)