Talıbovların 94 milyonluq bankını bu şəxslər alıb - DOSYE




      Bölmə: Gündəm Tarix: 08.06.2023 / 13:30

Xəbər verdiyimiz kimi, uzun illərdən sonra "Naxçıvan Bank” ASC-nin səhmdarlarının adları açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, 2008-ci ildən dövlət qeydiyyatına alındıqdan sonra "Naxçıvan Bank” ASC səhmdarları haqqında məlumatları açıqlamayıb. 15 ildən sonra – 2022-ci il üçün açıqlanan maliyyə hesabatında bank səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus olduğu qeyd olunub.

Açıqlanan maliyyə hesabatında həmçinin qeyd olunub ki, bu ilin fevral ayının 1-də Talıbovun ailə üzvləri "Naxçıvanbank” ASC-dəki səhmləri satıblar.

Hazırda 94 milyon manat nizamnamə kapitalı olan bankın maliyyə hesabatında bildirilir ki, bankın yeni səhmdarları Hüseyn Məmmədov Yaşar oğlu (63,66%), Rüfət Məmmədov Əhədağa oğlu (26,52%) və Binnət Novruzov Yasin oğludur (9,82%).

"Naxçıvan Bank” ASC-nin əsas səhmdarı olan Hüseyn Məmmədov kim olması haqqında məlumat yoxdur. Bu şəxs ictimaiyyət arasında tanınan biri deyil. Hüseyn Məmmədov bankın digər 2 səhmdarından fərqli olaraq Müşahidə Şurasında da təmsil olunmur.

Müşahidə Şurasında yer alan digər 2 səhmdar isə kifayət qədər tanınmış şəxslərdir.

Bank səhmlərinin 26,52%-nə sahib olan Rüfət Məmmədov daha əvvəl ölkənin aparıcı şirkətlərindən olan "Gilan” Holdinqdə İdarə heyətinin sədr müavini olub. Daha sonra "Gilan”a bağlı olan "Azər-Maya” ASC-nin İdarə Heyətinə sədr təyin edilib. R.Məmmədov Azərbaycanın Tibb Universitetində mikrobioloq kimi magistr dərəcəsinə 2007-ci ildə yiyələnib. 2020-ci ildə İsveçrənin Montre Biznes Məktəbində MBA dərəcəsinə yiyələnib.

O, iş karyerasına yüksəlişə Danimarkanın Bakıdakı pivə istehsal edən törəmə şirkəti "Carlsberg Azerbaijan” şirkətində 2010-cu ildə direktor müavini kimi yiyələnib. İki il sonra, yəni 2012-ci ilin sentyabrında zavod direktoru təyin edilib.

Üç il sonra (2015 – sentyabr) "Gilan Holdinq”ə Əməliyyat direktoru kimi gəlmiş, 2016-cı ilin noyabrından 2020-ci ilin sentyabrına qədər isə həmin holdinqdə İdarə Heyəti sədrinin 1-ci müavini olub.

"Naxçıvanbank” ASC-nin səhmlərinin 9,82%-nə sahib olan Binnət Novruzov isə əvvəllər "Rabitəbank” ASC-də baş direktor olub. Eyni zamanda bankın Müşahidə Şurasının sədri olan Binnət Novruzov 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2007-2008-ci illərdə "Unibank” ASC-də, 2009-2010-cu illərdə "Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə "Rabitəbank” ASC-də baş direktor olub.

Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən "SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

"Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.

Onu da xatırladaq ki, Binnət Novruzov 2016-2021-cı illərdə baş direktor olduğu "Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur. 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda "Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)