Oğlumu döyüb etmədiyi cinayəti boynuna qoydular… - Məhkum anasının üsyanı




      Bölmə: Gündəm Tarix: 09.06.2023 / 15:44

Bakı sakini Kəmalə Qasımova oğlu Fərid Qasımovun günahsız yerə həbs olunmasından narazıdır.

Bakupost.az -a şikayət edən Kəmalə Qasımova bildirib ki, oğlu sifarişlə həbs edilib.

O, bununla bağlı aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb:

"Oğlum 12 il müddətinə həbs olundu. Atası buna dözməyərək, özünü qatarın altına ataraq intihar etdi".


Fərid Qasımovun niyə həbs olunmasına gəlincə, məhkumu anası Kəmalə Qasımova bunları deyib:

“Oğlum 2016-ci ildə bankda işləyən tanışı Fərman Fərmanzadədən borc alıb. Normalda kreditlər 3-5 faizlə verilir. Lakin F.Fərmanzadə bankda işləməyindən sui-istifadə edərək, 17-20 faizlə kredit verib. Bundan sonra Fərman Fərmanzadə oğlumdan şikayətçi olub. Səbail Rayon Polis İdarəsinin əməkdaşları onu döyüb etmədiyi cinayəti boynuna qoyublar. Oğluma hədə-qorxu gələrək Fərman Fərmanzadədən 58 min manat aldığı barədə sənədi imzaladıblar. Oğlum 2017-ci il oktyabrın 13-də həbs olunub”.


Kəmalə Qasımova bildirib ki, Fərman Fərmanzadənin atalığı Rafiq Bədəlov Fərid Qasımovu ölümlə hədələyib:


“Fərmanın dayısı, atalığı Rafiq Bədəlov mənə dedi ki, pulu ödə, oğlunu həbsdən qurtarım, əks halda adamlarım var, Baş Prokurorluq da əlimdədir, oğlunu 10-15 il həbs gözləyir. Bildirdi ki, oğlunu orada öldürtdürərəm, həbsxanadan sağ çıxmaz. Mən də oğlumun həyatına təhlükə olduğu üçün evimi satıb pulu ödədim. Daha sonra o, şikayətini geri çəkdi".


K.Qasımova qeyd edib ki, istintaq başlayanda Fərman Fərmanzadə Fərid Qasımovun ondan borc aldığı ilə bağlı izahat verib:


"Daha sonra həbslə bağlı şikayət olanda isə izahatını dəyişib. Guya oğlum ondan borc deyil, hədə-qorxu gələrək pul tələb edib. Beləcə, 7-8 dəfə izahatını dəyişib. Bu iş ümumilikdə 3 hakimin əlindən keçib".


Şikayətçinin sözlərinə görə, oğlu Fərid Qasımov ev dustaqlığına buraxıldıqdan sonra yenidən onun həbsi ilə bağlı tələb gündəmə gəlib:


“Fərid 8 ay Bakı İstintaq Təcridxanasında qaldıqdan sonra ev dustaqlığına buraxıldı. 10 ay ev dustaqlığında qaldı. Bundan sonra onlar yenidən şikayətçi oldu. Şahidlik edən 5 nəfər uşağı da həbs etdirdi. Rafiq Bədəlov istintaq müddətində şahidlərin birindən pul aldığı üçün həmin şəxslə bağlı şikayətlərini geri çəkdi. Digər 4 nəfərdə birinə isə 62-ci maddə tətbiq edildi, 10 illik cəzadan 5 il çıxıldı. Halbuki, mən evimi satmışdım. O maddə mənim oğluma tətbiq edilməli idi. Lakin heç bir iş görülmədi. Oğlum 12 il, digərləri isə 10-11 müddətinə azadlıqdan məhrum edildi”.

Məhkumun anası işi aparanı məhkəmələrdən də narazılığını bildirib:

“Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov bildirdi ki, bu iş sifarişdir, mən heç nə edə bilmərəm. Hakim işi oxumadan qərarı qüvvədə saxladı. Ali Məhkəmənin hakimi Nazim Mövsümov isə mənə kömək edəcəyini dedi. Amma bizi 3-4 ay get-gələ saldılar. Məhkəmə zamanı vəkilimiz oğlumun döyülməsi ilə bağlı faktları ortaya qoydu. N.Mövsümovun yanında oturan hakim Tahir Kazımov isə vəkilin sözünü kəsdi, üstünə qışqırdı. Oğlum 5 dəqiqəlik söz haqqı istədi ki, özünü müdafiə etsin. Lakin 1 dəqiqə verdilər. Vaxt az olduğu üçün oğlum danışmadı. Tanınmış vəkil Adəm Məmmədov da dedi ki, bu işdə cinayət tərkibi yoxdur, siz bir nəfərin sözü ilə 4 nəfərin içəri salmısınız”.

Kəmalə Qasımova bildirib ki, Ali Məhkəmədə Fəridin döyülmədiyi haqda qərar qəbul edilib:

“Qərar verildi ki, guya Fərid döyülməyib. Halbuki mən 5 ildir bu barədə hər yerə yazıram, şikayət edirəm. Hətta şahidlərdən birinin valideyni də bildirdi ki, oğlunun əlləri qandallanaraq döyülüb. Oğlan “Semaşko”ya huşsuz vəziyyətdə göndərilib. Həmin gün onu əvvəlcə Bakı İstintaq Təcridxanasına göndəriblər. Lakin təcridxana döyüldüyünə görə onu qəbul etməyib. Müalicə müəssisəsinə göndərilib. Bunların hamısı faktdır. Amma heç kim baxmır”.

Şikayətçi onu da bildirb ki, vəkil Sudabə Əliyeva işlə bağlı bir sıra həqiqətləri ortaya çıxarıb:

“Vəkil Sudabə xanım bir sıra faktları ortaya çıxardı və məlum oldu ki, Fərman Fərmanzadə hadisədən 4-5 ay əvvəl də banklardan davamlı olaraq pul götürüb. Sudabə xanım ondan soruşub ki, sən nə bilirdin Fərid 4 ay sonra gəlib səndən pul istəyəcək? Pulları niyə əvvəlcədən götürmüsən? O, bu suallara cavab verməyib. Bu faktların hamısı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. Mən saytınız vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət etmək istəyirəm. Ondan xahiş edirəm ki, bu işin yenidən araşdırılmasına, haqq-ədalətin yerini tapmasına yardımçı olsun”.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)