“Vəziyyət pisə doğru gedəcək, əxlaqsız qızların sayı durmadan artacaq”




      Bölmə: Gündəm Tarix: 11.06.2023 / 16:15

“Biz həmişə deyirik ki, Avropaya inteqrasiya edək, Avropalılar kimi olaq və s. Amma biz Avropanın ən pis tərəflərini götürmüşük. Yeniyetmələr düşünürlər ki, niyə biz avropalılar kimi deyilik və gözləməliyik ki, ailə quranda cinsəl həyat yaşayaq? Hadisələr artıq bu fonda formalaşıb. Yəni artıq yeniyetmələr 15-17 yaşında cinsəl həyatı yaşamaq istəyirlər…”

Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Son illər yeniyetmələrlə bağlı ciddi narahatlığa səbəb olan problemlərdən danışan psixoloq artıq yeniyetmə özbaşınalığının son nöqtədə olduğunu bildirib:

“Yeniyetməlik dövründə ehtiras pik həddə olur, bu yeniyetmələr öz hisslərini idarə etməyi bacarmalıdırlar. Onlar öz hisslərini idarə edə bilmədikləri üçün kontroldan çıxırlar. Valideyn də dost olmaq əvəzinə yeniyetmənin aqressiyasına görə düşmənə çevrilir. Belə olanda da evdən qaçmalar, yeniyetmə özbaşınalıqları artır.

Bu gün biz klublara baxanda müşahidə edirik ki, daha gənc yaşda qızlar çoxluq təşkil edir. Orada elə yaşda qızlar olur ki, baxan kimi düşünürsən ki, bu yaşda o burda olmalı deyil, orta məktəbdə olmalıdır, o yaşda dövlət onları məcbur etməlidir ki, sən ən azından orta məktəbi bitirməlisən. Bu səbəbdən dolayı, bu gün belə özbaşınalıqların sayı artır deyə, paralel olaraq abortların da sayı artır. Nə qədər ki, belə özbaşınalıqlar olacaq, sosial şəbəkələrdə Azərbaycan uyğun olmayan yaşam tərzləri öyülərək paylaşılacaq vəziyyət daha da pisə doğru gedəcək. Nəticədə Azərbaycanda pozğun, əxlaqsız qızların sayı durmadan artacaq”.

G.Orucovanın sözlərinə görə, bu gün yeniyetmələr mentalitetdən, qınaqdan uzaq olmaq, istədikləri həyatı rahat yaşaya bilmək üçün Avropaya meyllənirlər:

“Xırda müşahidə kifayət edir görəsən ki, ildən-ilə yeniyetmələrin düşüncəsi necə dəyişir, fərqli olur və çox qəribədir ki, yeniyetmələr artıq özünü ölkəsində xoşbəxt hiss etmir. Düşünürlər ki, xaricdə – xüsusən Avropada özümü daha xoşbəxt hiss edəcəyəm. Bilirsiniz niyə? Çünki Avropa onları cəlb edir, orada yeniyetmələr istədiyini edə bilir.

Bizim yeniyetmə də fikirləşir ki, Azərbaycanın mental dəyərləri məni sıxır və buna görə gedib xaricdə istədiyim həyatı yaşayacağam, istədiyimlə münasibət quracağam Buna görə yeniyetmələrin çoxu Avropaya meyllənir. Mən demirəm ki, Avropaya ancaq fikri qarışıq olan, fərqli düşüncəsi olan gedir. Xeyr, ora oxumağa, özünü inkişaf etdirməyə gedənlər də var. Sadəcə olaraq, daha çox sərbəstlik istəyən insanlar, milli-mental dəyərlərlə razılaşmayanlar o baxımdan gedirlər. Yoxsa “Azərbaycanda iqtisadi durum çətindir, maddi vəziyyət gərgindir” demək boş şeydir. Heç də belə deyil, qazana bilən, bacarıqlı insan öz ölkəsində də kifayət qədər qazanc əldə edə bilir. Sən öz ölkəndə özünü inkişaf etdirib, gəlir əldə edə bilərsən”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)