“Anası onu özündən 10 yaş böyük kişi ilə zorlaevləndirdi” - Sinif yoldaşları Leyla haqqında nələr danişdı




      Bölmə: Xəbər Tarix: 24.06.2023 / 19:31

Bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsinin vəhşicəsinə qətlə yetirilməsi barədə xəbər vermişdik.

44gun.az lent.az-a istinadən bildirir ki, Leyla Hüseynlinin tələbə və sinif yoldaşları onun haqqında maraqlı faktlar açıqlayıblar.

Belə ki, sinif yoldaşları sosial şəbəkələrdə Leyla Hüseynlinin məktəbdə oxuyan zaman çox ağıllı, tərbiyəli və sakit qız olduğunu yazıblar:

"Məktəbi bitirdikdən sonra anası onu özündən 10 yaş böyük, 30 yaşlı Fərid Hüseynli ilə zorla evləndirdi. Fərid Hüseynlinin psixoloji durumu yerində deyildi. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olan Leyla ilk vaxtlar dostları ilə ara-ara əlaqə saxlaya bilirmiş. Evləndikdən sonra isə əri Leylanın yaxınları və dostları ilə bütün əlaqəsini kəsdi, telefonunu əlindən aldı".

Dostlarının sözlərinə görə, Leyla Hüseynli yalnız universitetə gedib, tez evə qayıdırmış. Sosial ətrafından uzaqlaşan Leylanın bir müddət sonra Ayla adlı qızı dünyaya gəlib.

Qeyd edək ki, hadisə isə iyunun 20-si Abşeron rayonu Qobu qəsəbəsində baş verib. İddiaya görə, Fərid Hüseynli hadisəni törədən zaman içkili olub. Və o, öncə həyat yoldaşı Leyla Hüseynliyə bir neçə bıçaq zərbəsi vurub. Bıçaq zərbələrindən biri mərhumun qucağında olan 8 aylıq körpəsi Ayla Hüseynliyə dəyib. Daha sonra, Fərid Hüseynli həmin bıçaqla öz qarın boşluğuna zərbələr endirib. Leyla Hüseynli aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. 8 aylıq körpə Ayla isə xəstəxanaya çatdırılsa da, vəfat edib.

Cinayətkar Fərid Hüseynli dərhal xəstəxanaya yerləşdirilib. 4 litr qan itirən Fərid Hüseynlinin vəziyyəti normal olaraq qiymətləndirilir.

Qeyd edək ki, əslən Masallı rayonundan olan 1993-cü il təvəllüdlü Fərid Hüseynli Bakıda, Hökməli qəsəbəsində yaşayır. Və zərgərliklə məşğul olur. Hadisəni isə qısqanclıq səbəbindən baş verdiyi iddia edilir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)