Dünya onu "Putinin aşpazı", ən yaxın dostu adlandırırdı - Priqojin əslində kimdir?




      Bölmə: Gündəm Tarix: 24.06.2023 / 19:39

Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu qruplaşması olan "Vaqner" Vladimir Putinə və dövlətə qarşı üsyana başlayıb. Rostov şəhərini ələ keçirdiyini elan edən "Vaqner"çilər digər şəhərlərə də hücum etməyə hazırlaşırlar. 
 
İllərdir Putinin ən yaxın dostu və silahdaşı olan, bu gün isə Putin tərəfindən "satqın” elan edilən "Vaqner" lideri, Rusiya Federasiyasının cə Donetsklə Luqanskın qəhrəmanı Yevgeni Priqojinin həyat hekayəsi bu hadisələrdən sonra dünyanın marağına səbəb olub. 

Bəs, o həqiqətdə kimdir? 

Priqojinin həyat hekayəsi:


Priqojinin uşaqlığı

Yevgeni Priqojin 1 iyun 1961-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. Atasını erkən yaşlarında itirib, anası Violletta Priqojina ikinci dəfə ailə qurub.  

1977-ci ildə 62 saylı idman internat məktəbini (müasir 1 saylı Olimpiya Ehtiyatları Kolleci) bitirib. Orada o, ögey atası xizək məşqçisi Samuil Fridmanoviç Jarkoyun ona öyrətdiyi xizək sürmə ilə məşğul olub.

29 noyabr 1979-cu ildə, Yevgeninin 18 yaşı olanda, Leninqrad şəhərinin Kuybışev məhkəməsi Priqojini RSFSR Cinayət Məcəlləsinin 15 və 144-cü maddələrinin 2-ci hissəsinə ("oğurluq") əsasən 2 il şərti cəzaya məhkum edib. 1981-ci ildə Priqojinin 20 yaşı olanda Leninqradın Jdanovski məhkəməsi ona RSFSR Cinayət Məcəlləsinin maddələri ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Bu maddələrə əsasən o, "oğurluq", "quldurluq", "dələduzluq", "yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsi" ittihamları ilə cəzalandırılıb. 1988-ci ildə Priqojin əfv olunub və 1990-cı ildə koloniya-qəsəbəni tərk edib.

RBC-nin məlumatına görə, Yevgeni Priqojin Leninqrad Kimya və Əczaçılıq İnstitutunu əczaçı ixtisası üzrə bitirib, lakin özü müsahibəsində bu institutda təhsilini başa vurmadığını bildirib.


İş adamı Priqojin

Priqojin əmək fəaliyyətinə1990-cı ildə Leninqradda hot-doqlar satan şəbəkənin əsasını qoymaqla başlayıb. 1993-cü ildə "Kontrast" supermarketlər şəbəkəsinin meneceri kimi biznes bacarıqlarına yiyələnməyə çalışıb. Onun menecerliyi altında bu mağaza 10 şəbəkəyə qədər arta bilib. Bir neçə il sonra Priqojin Vasilyevski adasında "Vine Klub" bar mağazasının açılışını edib. 

1996-cı ilin dekabrında o, dostları ilə birlikdə Sankt-Peterburqda Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasında ilk elit restoran açıb. 350 min dollarla başladığı bu iş bir müddət sonra ona milyonlar qazandırıb.1996-cı ildə "Konkord Katering" şirkəti adlı iaşə biznesinə başlayıb. Bu biznes fəaliyyəti onun milyonçu olmaq üçün önündəki bütün əngəlləri qaldırmasına gətirib çıxardıb. 

Rusiyalı iş adamı kimi dünyaya səs salan Priqojin  Putinin ən yaxın dostlarından biri hesab edilirdi. Məhz bu yaxınlıq bir müddət sonra onun Konkord şirkətlər qrupunun rəhbəri olmaqla yanaşı "Vaqner"in qurucularından biri olması ilə nəticələndi. 

 

ABŞ-ın axtardığı adam

Yevgeni Priqojinin nəzarət etdiyi Vaqner qrupu muzdluları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.

Bellinüat, The Insider və Der Spiegelin araşdırmasına görə, Priqojinin əməliyyatları Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsi ilə sıx bağlıdır. Rusiyadakı "Konkord" şirkəti dövlətin ən yüksək vəzifəli şəxslərə iaşə xidmətləri ilə məşğul olub. Bunun sayəsində o, mediada "Putinin aşpazı" ləqəbini alıb.

"Business Peterburq" nəşri 2019-cu ildə "Milyarderlərin reytinqi"ndə Yevgeni Priqojinin sərvətinin 14,6 milyard rubl qiymətləndirərək onu 72-ci yerdə göstərib. 2016-cı ildə o, "Citi 812" nəşrinin versiyasına görə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib.

Onun adı 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa İttifaqının və Böyük Britaniyanın, 2022-ci ildən Avstraliyanın, Kanadanın, Yeni Zelandiyanın və Yaponiyanın qara siyahısındadır. 

2022-ci ilin iyul ayından ABŞ Dövlət Departamenti ABŞ-da siyasi və seçki proseslərinə müdaxilə ilə əlaqədar Yevgeni Priqojin və 12 muzdlusu haqqında məlumat verənə 10 milyon dollar mükafat vəd edib. Federal Təhqiqat Bürosu onun həbsində köməklik göstərənə 250.000 dollara qədər mükafat təklif edir.

2022-ci ilin sonunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Priqojini mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində "ilin adamı" elan edib.


Putinlə necə fikir ayrılığına düşdü?
 
Ukraynadakı döyüşlərdə itkilər verən "Vaqner" rəhbəri Rusiyanın Ukrayna siyasətini tənqid etməyə başladığı zamandan Kremllə fikir ayrılıqları yaşamağa başladı. Onun sözlərinə görə Rusiya ordusunun hərəkətləri Kremlin ümid etdiyi nəticələri verməyib. O əlavə edib ki, Kremlin Ukraynanı "denasifikasiya" (nasistlərdən təmizləmə) siyasəti ukraynalıları "bütün dünyada yaxşı tanınan" millətə çevirib.
 

Bir müddət bundan öncə müsahiblərinin birində Priqojin bildirib ki, Vaqner Ukraynaya müdaxilənin əvvəlindən bəri 20 min muzdlusunu itirib və bunların təxminən yarısı məhkumlardır. Priqojinin sözlərinə görə, Rusiya islah-əmək koloniyalarından ümumilikdə 50 min məhkum səfərbər olunub. ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin fevralın sonuna olan məlumatına görə, Rusiya müharibədə muzdlular da daxil azı 60 min nəfər itirib.

İyunun əvvəlində Sergey Şoyqu bütün "könüllü” birləşmələrə Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı əmr edib. "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin isə rəhbərlik etdiyi muzdlu təşkilatın Müdafiə Nazirliyi ilə müqavilə bağlamayacağını bəyan edib. Bununla Priqojin Putinin əmrini heçə sayıb:

"Biz bu müharibədə iştirak etməyə başlayanda heç kim Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur qalacağımızı demədi. "Vaqner" döyüşçülərinin heç biri belə bir utanca getməyə hazır deyil. Ona görə də heç kim saziş imzalamayacaq".






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)