İntihar edən Münəvvərin əri həbs edildi - Foto




      Bölmə: Gündəm Tarix: 27.06.2023 / 00:47

Ötən il Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada 1993-cü il təvəllüdlü Münəvvər Məmmədovanın intiharı ilə əlaqədar onun əri həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, intihar hadisəsindən sonra M.Məmmədovanın əri - İsmayıllı rayonu Gideyli kənd sakini, 1992-ci il təvəllüdlü Sahil Məmmədova cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış işə təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra cinayət işinin materialları Göyçay Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, 3 uşaq anası olan M.Məmmədovanı həyat yoldaşı intihar həddinə çatdırıb. Məlum olub ki, S.Məmmədov 2014-cü ildə ailə qurduğu Münəvvəri dəfələrlə döyərək amansız rəftar edib, onun valideynlərini söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçaldıb. Həmçinin səhhətində problemlər olan həyat yoldaşını Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada uşaqlarından ayrı, şəraitsiz halda olan həmin fermada saxlayıb. Sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə həyat yoldaşının başqa şəxslə mesajlaşdığını  öyrəndikdən sonra arvadını döyərək ona xəsarətlər yetirib. 

Bundan sonra S.Məmmədov M. Məmmədovaya boşamaq, atasının evinə göndrəmək və uşaqlarını əlindən almaqla hədə-qorxu gəlib, onu intihar həddinə çatdırıb. Nəticədə 29 yaşlı qadın özünü tövlədə asaraq həyatına son qoyub.

Bundan sonra Sahil yaxınları ilə birgə M.Məmmədovanın cənazəsini Göyçaydan yaşadığı İsmayıllı rayonuna aparıb və hər kəsə onun böyrək çatışmazlığından öldüyünü bildirib. Lakin qadının valideynləri bununla razılaşmayıb və mərhumun bədənində xəsarətlərin olduğunu bildirərək hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını tələb ediblər.

M.Məmmədovanın atası qızının S.Məmmədov tərəfindən öldürüldüyünü iddia edib.

Göyçay Rayon Məhkəməsində keçirilən proses bu günlərdə başa çatıb. Məhkəmənin hökmü il həyat yoldaşını intihar həddinə çatdıran şəxsə 5 il həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)