"Bekarçılıqdan qumar oyunlarına başladım" - 347 minlik yeyinti edən diplomat




      Bölmə: Gündəm Tarix: 30.06.2023 / 21:54

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.

44gun.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Nəcib Osmanov işlədiyi dövrdə Xarici İşlər Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 347 011,9 manat vəsaiti necə mənimsəməsi barədə danışıb.

Sabiq attaşe bildirib ki, hadisələr 2022-ci ilin may ayında baş verib və qanunsuz hərəkətlərə dərk etmədən yol verib. Qeyd edib ki, onda qumar oyunlarından asılılıq yarandığı üçün belə hərəkətlər edib:

"Əvvəllər Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində işləmişəm. İcra etdiyim vəzifə ilə əlaqədar Maliyyə İdarəsində hesabatların tərtibi ilə bağlı işlər görmüşəm. 26 fevral 2021-ci ildə Koreya Respublikasına ezam edildim və 1 martda işə başlamışam. Koreya Respublikasındakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe vəzifəsində çalışırdım. Maliyyə hesabatlarının tərtib edilib göndərilməsi, ümumi katiblik üzrə sənədlərin qəbul edilməsi və göndərilməsi, kadrlar və bank üzrə işlər mənim səlahiyyətində idi. Əmrlə mənə tapşırılan işlər yalnız maliyyə işləri olub. Digər işlər şifahi göstərişlə tapşırılıb. Səfirlikdə işlədiyim dövrdə səfir Rəmzi Teymurov idi. Onun əmri verildikdən sonra maliyyə və konsul hesabatlarını hazırlamağa başladım. Hesabatları "excel" fayllarda işləyərək, kağızda çıxarıb, Xarici İşlər Nazirliyinə göndərirdim.

Əvvəl səfirliyin pullarını bekarçılıqdan mərc oyunlarına sərf etdim, sonradan məndə asılılıq yarandı və müvafiq hərəkətlərini davam etdirdim. İşdən sonra getməyə heç bir yer yox idi, karantin dövründə tək olduğum üçün mərc oyunları oynamağa başladım. Əvvəl kiçik məbləğlərlə oynayırdım, sonra asılılıq yarandı".

Nəcib Osmanov oynadığı mərc oyunlarına pulu onlayn formada əvvəlcə maaşından, sonra isə səfirliyin hesabından ödəyib. O, səfirliyin əsasən kommunal sənədlərinə dəyişiklik edərək, hesabda olan pulları mənimsəyib:

"İşçilərin əməkhaqlarından pul götürmürdüm. Pulları götürməyimdən səfirlikdə heç kəsin xəbəri olmayıb. Poçt bank sənədlərinə kiçik məbləğlər yazmaqla möhür vurub, ardınca bank hesabına mədaxil edirdim. Ümumilikdə 15-20 sənədə imza etdirməklə pul vəsaiti əldə edirdim. Pullar Koreya vonu ilə olub. Səfirliyin dollar və von hesabı var idi. Sentyabr ayına qədər səfirliyin hesabından 15 000-20 000 dollar, oktyabr ayından isə daha böyük məbləğlər götürməyə başladım. Bu pulları öz hesabıma köçürüb, mərc oyunlarına yatırırdım".

Sabiq diplomat qeyd edib ki, hərəkətlərinin qanunsuz olduğunu bilib, lakin qumar oyunlarına aludə olduğundan qeyd edilən hərəkətlərə yol verib:
"Mənə qarşı elan edilmiş ittihamla razıyam. Tərəfimdən vurulmuş ziyanla əlaqədar 77 000 dollar ödəmişəm".  






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)