"Zəlzələdən əvvəl səs eşidildi" - Xaçmaz sakinləri DANIŞDI




      Bölmə: Xəbər Tarix: 04.07.2023 / 01:55

Xəbər verdiyimiz kimi, Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Metbuat.az Xaçmaz şəhərində yaşayan sakinlərdən vəziyyət ilə bağlı məlumat alıb.

Xaçmaz sakini Aydan Dəmirli Metbuat.az-a açıqlamasında bildirib ki, zəlzələni hiss edən kimi küçəyə qaçıblar.

“Uşaqlar yatmışdı, bir anda evin silkələndiyini hiss etdik. Divarlar sanki üzərimizə gəlirdi. Tez həyətə qaçdıq. Mən ömrümdə belə zəlzələ hiss etməmişdim”.

Xaçmaza Bakıdan dincəlməyə gələn Sevil Fərzəliyeva da zəlzələni hiss edənlərdən olub.

“Biz çox qorxduq. Oğlumu götürüb həyətə qaçdım. Zəlzələ hiss olunacaq qədər güclü idi. Zəlzələdən əvvəl səs eşidildi, elə bildim güclü yağış yağır. Amma yağış deyildi. Hazırda sakitlikdir amma qorxudan evə çıxa bilmirik”.

Qeyd edək ki, FHN-dən 44gun.az-a bildirilən məlumata görə zəlzələ ilə əlaqədar olaraq, dağıntı və təlafat barədə məlumat daxil olmayıb.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)