Messiyə xalça hədiyyə edən azərbaycanlı kimdir? - Dosye




      Bölmə: Gündəm Tarix: 04.07.2023 / 15:11

"Azərxalça" ASC dünya şöhrətli futbolçu Lionel Messiyə hədiyyə edilən xalça barədə video paylaşıb.


44gun.az
xəbər verir ki, paylaşılan məlumatda Messiyə hədiyyə olunan xalçanın Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olduğu bildirilib.


Bildirilir ki, əjdaha simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk "əjdahalı" xalçalar Səfəvilər dövründə yaranıb.
Qeyd olunur ki, azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça “Azərxalça” ASC istehsalı olan xalçadır.


Məlumat üçün bildirək ki, Messiyə xalça hədiyyə edən Adnan Əhmədzadə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri olub. 2019-cu ildə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib. Daha əvvəl  isə SOCAR Trading şirkətinə rəhbərlik edib.
Adnan Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.


O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışb.


Adnan Əhmədzadə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.


Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Adnan Əhmədzadə SOCAR-da yüksək vəzifələr daşımaqla bərabər böyük biznes fəaliyyətinə də sahib olub.


Bir qədər əvvəl mətbuatda Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yayılıb.


Bundan başqa Londonda Əhmədzadəyə məxsus “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak biznesi ilə məşğuldur.
Əhmədzadənin Londonda fəaliyyət göstərən “PS ASSETS LİMİTED” şirkəti isə 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Adnan Əhmədzadənin qardaşı Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunub. O, qardaşının prezidenti olduğu “SOCAR-Trading”də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edib.


Əhmədzadə qardaşlarının atası Azəri Əhmədzadə isə Mədəniyyət və Turizm Nazirliyi Regionlarla iş sektorunun müdiri olub./yeniavaz.com/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)