Dünyanın ən cani qayınanası - "Cəhənnəmdən gələn qadın" - FOTOLAR




      Bölmə: Maraqlı Tarix: 14.07.2023 / 23:12

Dünyanın ən cani qayınanası Elizabet Ann Dunkan olub.

ABŞ-da doğulan qadın nə az nə çox düz 10 dəfə evli olduğunu etiraf edib.

Ümumilikdə 4 övladı olsa da, o, yalnız sonuncu övladı Frenki çox sevirdi.

O, San-Fransiskoda fahişəxana işlətdiyinə və pis yoxlamalardan keçdiyinə görə də həbs edilmişdi.

E.Dunkan oğlu Frenki həyatının mərkəzinə çevirmişdi. Bir an belə oğlundan ayrı qala bilməyən qadın Frenki itirməmək üçün həyatına qəsd belə etmişdi.
Frenk anası ilə yaşadığı mənzildən köçmək istədikdə Elizabet həddindən artıq dozada həb qəbul edərək ölməyə cəhd etmişdi. Santa Barbaradakı Kottec Xəstəxanasında yatdığı müddətdə ona tibb bacısı Olqa Kupçik baxırdı.

Bu müddət ərzində Frenklə tibb bacısı arasında münasibət yaranır.  Tibb bacısının hamilə olduğunu öyrənən Frenk 1958-ci ildə onunla evlənir. Bu izdivacla barışmayan qadın Olqanı oğlunu tərk etməsi üçün hədələməyə başlayır. Buna nail ola bilməyən Elizabet oğlunu qaçırmağı belə planlaşdırır.

Qəzəbli qadın 7 aylıq hamilə gəlinini öldürtmək üçün 2 killerlə razılaşır. Onlara 6 min dollar ödəyən Elizabet daha sonra polisi hadisə yerinə yönəldir.
Killerlər hamilə qadını tapança ilə döyür, boğur və dayaz qəbirdə basdırır. Araşdırmalar zamanı Olqa basdırılarkən sağ olduğu üzə çıxır.

E.Dunkan məhkəmədəki ifadəsində Frenki itirmək istəmədiyini, həyata tək dözə bilməyəcəyini deyib.

Prokurorlar onun 16 dəfə evləndiyini iddia etsələr də, qadın 10 dəfə evli olduğunu etiraf edib:

“11-ci ola bilərdi. Digərlərini saymağa qorxuram: mənim üçün o qədər də böyük əhəmiyyət kəsb etmədilər”.

Frenk Dunkan da anasına bağlı idi. O, evli olmasına baxmayaraq, hələ də anasının evində yatırdı. Frenk ifadəsində qürurla etiraf edirdi ki, o, bütün həyatı boyu anası ilə yaşayıb.

Hüquqşünas olan F.Dunkan anası üçün sona qədər mübarizə aparmışdı.

Məhkəmə prosesi 24 fevral 1959-cu ildə başlayır. 16 mart 1959-cu ildə münsiflər heyəti onu təqsirli hesab etmək üçün 4 saat 51 dəqiqə iclas keçirirlər. Sonda qətlin sifarişçisi olan E.Dukan və qətli trədən şəxslərin edma olunmasına qərar verilir.

O, ABŞ Ali Məhkəməsi ölüm hökmünü ləğv etməsinə qədər 1962-ci ildə Kaliforniyada edam edilən sonuncu qadın olub.

Yerli mətbuatda onu “cəhənnəmdən gələn qayınana” adlandırırdılar.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)