“Kaş Tünzalə xalqdan yığdığı pulu müalicəsinə sərf edəydi...” - Kübra Əliyeva




      Bölmə: Şou Tarix: 25.01.2023 / 18:18

Əməkdar artist Kübra Əliyevanın mərhum Tünzalə Əliyeva haqda "Tünzalə xalqa müracət edib, evini qutarınca, kaş özünü xilas edərdi” sözləri müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə aktrisanın sözügedən çıxışı paylaşılaraq bəziləri tərəfindən tənqid edilib.

44GÜN.AZ xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Kübra Əliyeva tənqidlərə cavab verib. Aktrisa həmkarı haqda işlətdiyi ifadələri ürək ağrısı ilə dediyini bildirib:

“Məni tənqid edənlər çox səhv edir. Çünki bu xəstəlikdən mən də çıxmışam, ona görə həmin sözləri ürək ağrısı ilə dedim. Mən dedim ki, Tünzalə Allahdan azacıq möhlət istəyirdi. Mən açıqlamamda pis heç nə deməmişəm. Demişəm ki, vaxtilə evinin ipoteka pulunu ödəyə bilmədiyi üçün xalqdan yardım istəmişdi, kaş o pulu öz canının sağlığı üçün istəyərdi, pis heç nə deməmişəm. Burada nə var ki? Kaş o, xərçəng xəstəliyinin üstünə vaxtında düşəydi. O vaxt xərçəng Tünzalənin uşaqlığında idi, vaxtında o şişi çıxarsaydı, bitərdi. Onunla eyni vaxtda mən də həmin xəstəliyə tutulmuşdum, mən də həmin əməliyyatı etdirdim. O vaxt mən də kimyaterapiyalar aldım. “Toppuş bacı”ya görə mənim çox ürəyim ağrıyır, nə demişəmsə də ürək ağrısı ilə demişəm. Onun balaca qızı qaldı, hələ Tünzalə səhnədə nələr edəcəkdi... Haqqımda tənqid yazanlar çox səhv edir”.

Aktrisa Tünzalə Əliyevanın həyat eşqi ilə dolu xatırladığını deyib:

“Mən “Toppuş bacı” ilə səhnədə çox görüşməmişəm. O vaxt KVN-də oynayanda iki dəfə bir araya gəlmişik, çünki o ayrı, mən ayrı teatrda çalışmışam. Həmişə demişəm ki, Allah Dilarə Əliyeva və Oqtay Əliyevə can sağlığı versin, onlar “Toppuş”a bacı, qardaş oldular, onlar həmkarıma çox dayaq oldular, sənət aləmində belə bir səmimiyyət görülməyib. Mən o ailəyə buna görə çox təşəkkür edirəm. Amma olmadı... Bəlkə də Allahın yazısı imiş, qisməti bu idi.

Kaş ki, vaxtında evini yox, məhz özünü düşünəydi, heyif... 6 il bundan qabaq idi, dünənki kimi yadımdadır, dedi ki, mən bu dünyadan gedəcəm, qoy balamı evi olsun. Can qızım! 49 yaş nədir ki? Hələ xalq ondan doymamışdı. Hələ çox rollar oynaya bilərdi. Hər obrazına da ürək qoyurdu, bax elə buna görə xalq onu sevirdi. Kiçik obraza belə elə ruh verirdi ki, hamının yaddaşına həkk olunurdu. Danışdıqca tüklərim biz-biz olur, hələ etmək istədiyi çox şey vardı. Qismət beləymiş...

Xəstəliyimi biləndə mən də evimi satdım, Türkiyədə müalicə üçün dünyanın parasını tökdüm. Evimi dəyər-dəyməzinə satıb qardaş ölkəyə qaçdım, teatrdan da çıxdım, məndə iki yerdə xərçəng aşkarlanmışdı. Bunu özüm yaşamışam deyə dedim ki, kaş evini satıb müalicə olunardı. Bunu pis məqsədlə deməmişəm. Mən bunu yaşamasaydım, heç vaxt elə ifadə işlətməzdim”. (Yenisabah.az)






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)