Abşeron RİH Xırdalanın işıqlarını heyvandarlıqla məşğul olan şirkətə təmir etdirəcək




      Bölmə: Sosial Tarix: 20.07.2023 / 20:19

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi Xırdalan şəhərində küçə işıqlarının təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Orbis Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 205.854,93 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Orbis Group” MMC 20 noyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, ev 2A, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bəkirov Cavid Elbrus oğludur. 

Ondan əvvəl şirkətin qanuni təmsilçisi Bayramov Tural Çingiz oğlu olub. Tural Bayramov isə Abbasov Əsgər Rasim oğlunu əvəzləyib.
Adıçəkilən şəxslər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

"Orbis Group” MMC-yə gəlincə, şirkətin adına elan və satış saytı olan "tezbazar.az”da rast gəlinir. Məlum olur ki, şirkət iri və xırdabuynuzlu heyvanların satışı ilə məşğuldur. 

Maraqlıdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi heyvandarlıqla məşğul olan bu şirkətə həm də şəhərdə mənzil fondunun təmirini tapşırıb. Bununla bağlı qurumun keçirdiyi tender iyulun 7-də yekunlaşıb və qalib "Orbis Group” MMC elan edilib. Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 493.604,54 AZN-dir. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib. Abdin Fərzəliyev 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci ildə isə Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışıb.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)