Məktəb direktorunun əxlaqsız görüntüləri yayıldı - Əhali ayağa qalxdı - VİDEO




      Bölmə: Sosial Tarix: 01.08.2023 / 21:13

Azərbaycanda daha bir vəzifəli şəxs intim görüntüləri ilə şantaj olunur.


Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.

Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib.
Bildirib ki, işdən çıxarılması üçün artıq ərizə yazıb.
Xatırladaq ki, bir neçə ildir, ayrı-ayrı mütəşəkkil dəstə üzvləri “Facebook” sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.

Bununla bağlı hüquq-mühafizə organları bir neçə dəfə büyük əməliyyatlar keçirərək, həmin dəstə üzvlərini ələ keçiriblər.

Amma təəssüf ki, bu cinayətkar qrupun fəaliyyəti davam edir. Vətəndaşlarımızı ehtiyyatlı olmağa çağırırırq.



***
17:37


Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Bakupost.az -a açıqlamasında bildirib ki, daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb:


"Ucar rayon sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu ölkə hüdudlarından kənarda yaşayan bir şəxs tərəfindən şərəf və ləyaqətinin alçaldılması barədə məlumat verib.


Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və qeyd olunan məsələ ilə bağlı O.Rəhimova məhkəməyə müraciət etməsi izah olunub".






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)