Rəşad Dağlı ilə bağlı SON QƏRAR VERİLDİ – BUNDAN SONRA NƏLƏR BAŞ VERƏCƏK? |
| Bölmə: Sosial |
Tarix: 03.08.2023 / 23:04 |
| Ötən həftə tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxundu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir çox insanı məşhur meyxanaçı ilə bağlı yaxın gələcəkdə amnistiya və ya əfvetmə aktının tətbiq olunması ilə bağlı sual maraqlandırır. Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov danışıb. “Rəşad Dağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunurdu. Ona verilmiş cəza həqiqətən də, demək olar ki, ən minimum müddəti əks etdirir. Çünki 9 il 6 ay müddət olaraq çox az təsadüf olunan cəzalardan biridir. Ümumi şəkildə götürdükdə isə, Azərbaycan Respublikasının cinayət prosessual məcəlləsinin 383-cü maddəsinin 1-ci bəndinə görə, apelliyasiya şikayətini vermək hüququna malik olan şəxslər qismində məhkum edilmiş şəxsin mənafeyinə aid olunan hissədə məhkumun özü, onun qanuni nümayəndəsi və vəkili yer alır. Məhkumun və ya zərərçəkmiş şəxsin yaxınlarının şikayətləri yalnız o halda apelliyasiya icraatına səbəb olur ki, onlar istintaq prossesində müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərərçəkən şəxsin nümayəndəsi qismində işə buraxılmış olsun. Qeyd etmək istəyirəm ki, əfvetmə hər zaman mümkündür və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən, əfvetmə fərdi qaydada həyata keçirilən bir tədbirdir. Azərbaycan Repsublikasının Prezidenti tərəfindən icra olunur. Əfvetmə nəticəsində şəxs həm cəzanın çəkilməmiş hissəsindən əfv oluna bilir, həm ona təyin olunmuş cəza müddəti azaldıla bilir, həm də həmin şəxsin cəzası yüngülləşdirilə bilir. Eyni zamanda əfvetmə ilə şəxsin məhkumluğu da götürülə bilər. Amnistiya aktı isə Milli Məclis tərəfindən müəyyən bir qrup məhbus barədə tətbiq olunur. Amnistiya aktı ilə şəxslərin cəzadan azad edilməsi, verilmiş cəzanın azaldılması və ya əlavə cəzadan azad olunması mümkün olur. İndiki halda bir daha qeyd etmək istəyirəm ki, Rəşad Dağlının özünün, vəkilinin və əgər qanuni nümayəndəsi də varsa onun müraciət edib apelliyasiya şikayəti etmək hüququ vardır”./referans.az/
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|