Keçmiş bələdiyyə sədri həbsdə aclığa başladı




      Bölmə: Sosial Tarix: 16.08.2023 / 00:44

Binəqədi Rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva saxlandığı Bakı İstintaq Təcridxanasında aclığa başladığını açıqlayıb. O bildirib ki, bu yolla məhkəmədən narazılığına, süründürməçiliyə etiraz edir. Keçmiş bələdiyyə sədri bunu avqustun 15-də öz məhkəməsində elan edib.

 

44gun.az Meydan TV-yə istinadən xəbər verir ki, dələduzluqda ittiham olunan Aytac Əliyeva və bacısı İlknur Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə baxılır.

 

Onlar  özlərini qızıl-zinət əşyalarının alqı-satqısıyla məşğul olan, geniş əlaqələrə sahib şəxslər kimi təqdim edərək, müxtəlif adamları aldadıb, onların pullarını ələ keçirməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki, bacılar zərərçəkmişləri aldadaraq, ətraflarında yüksək vəzifəli şəxslərin olduğunu deyiblər. Onlar üçün zinət əşyalarını həmin məmurlara sata biləcəklərini vəd ediblər.

 

Aytac Əliyeva və İlknur Əliyeva Turqut ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluqda ittiham olunur.

 

Keçmiş bələdiyyə sədri həmçinin Binəqədi rayonu ərazisində torpaq satmaq, işə düzəltmək adıyla dələduzluq etməkdə, müxtəlif ərazilər üçün saxta sənədlər düzəldib, adamlardan pul almaqda ittiham olunur.

 

Aytac Əliyeva həbsdədir, bacısı isə bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

 

Məhkəmə prosesində dindirmələr başa çatıb, hazırda sənədlərin tədqiqi mərhələsidir.

Avqustun 15-də məhkəmədə Aytac Əliyevanın vəkili Ceyhun Yusifovla hakim arasında mübahisə yaranıb. Vəkil sənədlərlə tanış olmaq istədiyini bildirib. Hakim isə vəkilə məhkəmə prosesinə gecikməsini irad tutub. O, məhkəmə prosesinin sentyabrın 22-nə təxirə salındığını bildirib.

 

Aytac Əliyeva məhkəmə prosesinin təxirə salınmasına etiraz edib. O, ümumiyyətlə, məhkəmənin gedişindən narazı olduğunu açıqlayıb. Deyib ki, iki ilə yaxındır həbsdə çürüdülür.

 

Aytac Əliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının sədr müavini olub.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)