“Kişi qadını döyürsə, gühan elə qadındadır” - Hüquqşünasdan qalmaqallı açıqlama




      Bölmə: Sosial Tarix: 16.08.2023 / 23:24

"Azərbaycanda kişilərə qarşı da olan cinayətlərin sayı açıqlanmalıdır”.
 
Bunu açıqlamasında hüquqşünas Əkrəm Həsənov yanvar-iyun aylarında qadınlara qarşı edilən cinayətlərin sayının 9 faiz artmasına aydınlıq gətirərkən deyib. 

Ə. Həsənov bildirib ki, kişilərə qarşı törədilən cinayətlərin sayının artması araşdırılmalıdır: "Ümumiyyətlə, Azərbaycanda törədilən cinayətlərin sayı artmaqdadır. Statistika deyir ki, qadınlara qarşı törədilən cinayətlərin sayı artıb. O zaman sual olunur, həmin cinayətlərin hamısını kişilər törədib? Qadınların da kişilərinə qarşı cinayətləri var. Bu barədə də əlavə məlumat verilməlidir. Təkcə bu il ərzində 36 kişi qadın tərəfindən zorakılığa məruz qalıb”.

Həmsöhbətimiz qeyd edib ki, son zamanlar qadınlar ərlərindən şikayət edirlər, kişilər isə qadınların onlara qarşı etdiyini dillərinə gətirmir:

"Hansı kişi gedib deyər ki, arvadım mənə qarşı zorakılıq, şiddət göstərir? Ona görə statistika tam deyil. Bu səbəbdən biz məişət zorakılığına daha geniş baxmalıyıq”. 

Əkrəm Həsənov qeyd edib ki, Azərbaycanda kişilər həyat yoldaşları tərəfindən psixoloji təzyiqə məruz qalırlar:

 
"Son vaxtlar qadınların ən çox səsləndirdiyi ittihamlar budur - "sən nə kişisən ki, filankəs qədər pul qazana bilmirsən”. Belə iradın səsləndirilməsi kişi üçün stress və ölümdür. Yaxşı qadın ərini belə aşağılamaz. Niyə heç kəs demir ki, Azərbaycanda kişilərin ömrü qadınların ömründən azdır? Bunun da əsas günahkarı qadınlardır. Mən bunların hamısını kənara qoyuram. Ümumiyyətlə, tutaq ki, Azərbaycanda qadınlara qarşı cinayətlərin sayı artıb. Bunun əsas günahkarı elə qadınların özləridir. Elə dövlət də məsuliyyət daşıyır. Çünki dövlət qadınlara çox əsassız üstünlüklər verir”. 

Əkrəm Həsənovun sözlərinə görə, vəziyyət o həddə çatıb ki, qadınlar kişilərini boşanmaqla hədəfə gətirir:

"Niyə heç kim demir ki, Azərbaycan məhkəmələrində boşanmaların əksəriyyətinin təşəbbüskarı qadınlardır. Bəlkə də 90%-i. Gəlin baxaq, cinayətlərin, zoraklııqların da sayı o qədərdimi? Yox. Qadınların çoxu zorakılğa görə boşanmır, kefi belə istəyir, xoşuna gəlimir boşanır. Qadın  bilir ki, boşama zamanı dövlət kişini deyil, onu müdafiə edir. Kişinin əmlakı bölünür, sonra məhkəmə uşağı anaya verir, atadan aliment tutur. Qadınlar ərlərinə uşağı ilə görüşməyi yasaq edir. Qadınlar uşaqları xaricə aparanda kişi icazə verməyəndə onu məhkəməyə verirlər. Məhkəmə də bir qayda olaraq qərar çıxarır ki, ərin icazəsi olmadan da uşağı xaricə aparmaq olar. Qadınlar üstünlüklərini bildiyi üçün özlərini ailədə yumşaq aparmırlar, istədikləri kimi yaşamaq istəyirlər”. 

Hüquqşünas bütün bunları gündəlik həyatda ətrafında olan dost-tanışlarından, ona müraciət edib məsləhət alan şəxslərdən eşitdiyini vurğulayıb: 

"Qadının bir kəlmə "sən kişi deyilsən” sözü istəlinən kişini sındırır. Bunu psixoloqlar da deyə bilər ki, istəlinən kişiyə  söz daha pis təsir edir. Mənə müraciət edənlər var.  Deyirlər ki, "arvad məni saymır, ağzına gələni deyir, məni başqa kişilərlə müqisə edir” və s. Bu ifadələr kişini arvaddan uzaqlaşdırır. Bunun da əsas günahkarı eyni  zamanda kişilərdir. Kişilər ailə qurandan sonra özlərini  ailə başçısı kimi aparmırlar. Bunun da səbəbləri var. Deyirlər ki, kişi hər bir qərarını arvadla razılaşdırmalıdır.  Əslində qadınların bir xarakteri var. Qadınların onların sözü ilə oturub-duran kişilərdən xoşu gəlmir, soyuyurlar. Qadın psixoloji cəhətdən elə kişi axtarır ki, ona tabe olsun. Kişi arvadının sözü ilə oturub-duranda miskin varlığa çevrilir. Sabah qadın onu saymayanda kişi də başlayır ona zor tətbiq etməyə”. |44gun.az|





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)