BAHAR MURADOVANIN KOMİTƏSİNDƏ MÜƏMMALI TENDER – İKİ FAKT AÇIQLANDI |
| Bölmə: Sosial |
Tarix: 16.08.2023 / 23:43 |
| Avqustun 14-də reportyor.info yazmışdı ki, Milli Məclisin keçmiş vitse-spikeri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin ediləndən bu yana qurum 50 satınalma müsabiqəsi keçirib. Bağlanmış satınalma müqavilələrin toplam maliyyə dəyəri 10 274 276,52 AZN təşkil edir. 44GUN.AZ xəbər verir ki , sayt yeni məlumatlar yayıb. Təkcə bu fakt Baş Prokurorluğu üçün bəsdir ki, araşdırma aparsın. Komitənin tenderlərində diqqətçəkən məqamlardan biri də “Şahdağ Mehmanxana” MMC və “A ənd J Liftinq” MMC-nin vaxtaşırı qalib elan edilməsidir. “Sahdağ Mehmanxana” 6 may 1989-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 91 166 AZN, qanuni təmsilçisi isə Rəhmanlı Qəmbər Aydın oğludur. Komitə ilə “Şahdağ Mehmanxana” MMC arasında bağlanan satınalma müqavilələri əsasən tədbirlərin təşkili ilə bağlıdır. Təkcə 2023-cü ildə tərəflər arasında bağlanmış müqavilələrin ümumi maliyyə dəyəri 1 289 976 AZN təşkil edir. Yəni, Komitə 2023-cü ildə “Şahdağ Mehmanxana” MMC vasitəsi ilə keçirdiyi tədbirlərə milyon yarım vəsait xərcləyib. Bu tədbirlər haqqında mediada hər hansı məlumata rast gəlinmir. “A ənd J Holding” MMC-yə gəlincə, şirkət 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşir. Şirkətin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur. Məlum olub ki, “A ənd J Holding” MMC təsadüfi şirkət deyil. Daha doğrusu, onun Komitənin tenderlərində qalib seçilməsi təsadüfi deyil. Bu şirkətlə “Şahdağ Mehmanxana” MMC arasında bağlılıq var. Məsələ burasındadır ki, “Şahdağ Mehmanxana” MMC 2015-ci ilə qədər ASC kimi fəaliyyət göstərib. 2015-ci ildə ASC-nin səhmləri satışa çıxarılıb. Səhmlərin satışı üzrə investisiya müsabiqəsində “A and J Liftinq” MMC qalib seçilib. Aydın olur ki, “Şahdağ Mehmanxana” və “A ənd J Holding” əslində elə eyni şirkətdir. Bu arada qeyd edək ki, Komitə ilə “A ənd J Holding” arasında bağlanan satınalma müqavilələri də tədbirlərin təşkili ilə əlaqədardır. Yəni, “A ənd J Holding” “Şahdağ Mehmanxana” MMC-nin funksiyasını yerinə yetirir. Görünür, “Şahdağ Mehmanxana” MMC-nin adı çox hallandığına, növbəti tenderlər “A ənd J Holding” MMC-yə verilib.Tribunainfo.az
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|