Azərbaycanda boşanmaların ŞOK SƏBƏBLƏRİ AÇIQLANDI - Gələcəyimiz BÖYÜK TƏHLÜKƏDƏ




      Bölmə: Sosial Tarix: 17.08.2023 / 21:14

2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

“Boşanmaların kəskin şəkildə artmasında hər birimizin rolu var. Bu proses güclü təbliğatın nəticəsidir” – deyən sosioloq Elçin Bayramlı Referans.az-a boşanmaların kökündə duran əsas problemləri izah edib.

“Son illərdə yüksək sürətdə artım müşahidə olunur. Hətta bir neçə il qabaq bu göstərici 25 faizə çatanda həyəcan siqnalı çalmışdıq ki, bu artım faciəyə doğru gedir. Həmin göstəricidən 4 il keçməmiş artıq 50 faizə çatıb. Artıq nə isə demək üçün gecdir. Bu məsələ nə dövlətin, nə də cəmiyyətin maraq dairəsində deyil. Əksinə, hamımız var gücümüzlə başda ailə institutu olmaqla bütün mənəvi dəyərlərimizi dağıtmağa çalışırıq. Hər birimiz öz fəaliyyətimizlə bunu davam etdiririk. Boşanmaların artmasının səbəbləri çoxdur. Bunların biri mənəvi deqradasiyadır. Bu son dövrlərdə aparılmış təbliğatın nəticəsidir. Qadın hüquqları, gender bərabərliyi, müasirlik adı altında aparılan biabırçı təbliğatın nəticəsidir. İkinci səbəb isə sosial-iqtisadi səbəblərdir. Son dövrlər qadınların kütləvi şəkildə işə götürülməsi, kişilərin sındırılması, kənara atılması sosial-iqtisadi səbəblərə aiddir. Elə bir şərait yaranıb ki, qadınlar artıq sadəcə karyerası, qazancı üçün çalışır. Əlavə olaraq, gənclər işsizlik, ev ala bilməmək səbəbindən evlənə bilmir. Bu da ailə quranların statistik göstəricilərini azaldır”.

Sosioloq bildirib ki, maddi problemlərdən dolayı boşananlar çox olsa da, bu əsas səbəb deyil. 80 faiz boşanma halları mənəvi səbəblərə əsaslanır. Bununla bağlı sosioloq arqumentlərini irəli sürüb.

“Bizim tariximizdə çox ağır sosial vəziyyətlər olub. Məsələn, İkinci Dünya müharibəsi dövrü, 1940-cı illər... İnsanlar aclıqdan əziyyət çəkirdi. Amma nə bu qədər boşanmalar, nə də belə biabırçılıqlar, xəyanətlər var idi. İkinçi arqument budur ki, hazırda bütün dünyada boşanma üzrə ən böyük göstəricilər yüksək təminatlı ölkələrdədir. Aşağı gəlirli ölkələrdə boşanma faizi azdır. Həmçinin, cəmiyyətin bölgüsünə baxsaq, boşanma halları daha çox varlı ailələrdə müşahidə olunur. Bu üç arqument təkzibedilməz fakt kimi ortadadır. Arqumentlər göstərir ki, sosial səbəblərin rolu varsa da, maksimum 20 faizdir”.

Elçin Bayramlı qeyd edib ki, boşanma prosesinin asanlaşdırılması insanları daha da buna təşviq edir. Hətta vəkillər də bu mövzu üzərindən təbliğat apararaq öz reputasiyalarını yüksəldirlər.

“Dövlət boşanmanı asanlaşdırdı və sürətli, çevik boşanma sistemi tətbiq edildi. Həmçinin psixoloqlar da bu işdə böyük rol oynadılar. Bu mövzuda xalqa ən böyük zərbəni vuran isə media oldu. Televiziyalarda, sosial şəbəkələrdə aparılan təbliğat xalqın düşüncə tərzini dəyişdi. Hazırda mənəvi dəyərlərimiz geridəqalmışlıq, mentallıq adı altında təhqir olunur. Təəssüf ki, nümunə olaraq göstərilən Avropa və Amerikadan sadəcə etik olmayan, lazımsız nüansları götürə bildik”.

Son olaraq sosioloq qeyd edib ki, Azərbaycan cəmiyyəti artıq ailəyə dəyər kimi baxmır.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)