“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və… |
| Bölmə: Sosial |
Tarix: 19.08.2023 / 13:32 |
| Bir müddət öncə Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı Mədinə Şahbazovanın da Amerikaya köçməsi gündəmə gəlmişdi. 44Gun.Az-a deputatın yaxın ətrafından daxil olan məlumata görə, deputatın qızı boşandığı və eks-əri ilə aralarındakı problemə görə belə bir addım atılb. Mədinə xanım atası millət vəkili Məşhur Məmmədovun da həm məsləhəti, həm də maddi dəstəyi sayəsində Nyu -Yorkda yaşamağa başlayıb. Təbii ki, bu köç onu işsiz qoymayıb. Mədinə Şahbazova rəhbəri olduğu Masallı şəhər 1 saylı Uşaq bağçasının səlahiyyətlərini bacısı Məna Şahbazovaya yönləndirib.
Saytımıza verilən məlumatda iddia olunur ki, hazırda o qardaşı Məmməd Şahbazovun qurduğu şirkətlərdən birində rəhbər postdadır.
Bildirək ki, deputatın övladları babalarının (Məşhur Məmmədovun atası Şahbaz Məmmədovun) adını soyad olaraq qəbul ediblər.  Xatırladaq ki, Məşhur araşdırmaçı-jurnalist Cavanşir Həsənli "Embawood' şirkətinin həmtəsisçisi Məşhur Məmmədov haqda şok faktlar ortaya qoymuşdu. Belə ki, C.Həsənli YAP-ın deputatlığa namizədi olan Məşhur müəllimin gizlin əməllərini bu fikirlərlə məşhurlaşdırıb:
"YAP-ın deputatlığa namizədi, "Embawood' şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.


Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.
Əlavə olaraq onu bildirim ki, Milli Məclisin deputatı Məşhur Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılması ilə gündəm olmuşdu. Xəbərdə bildirilirdi ki, deputatın avtomobilinin saxlanılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, DYP əməkdaşları reyd zamanı deputatın idarə etdiyi avtomobili saxlayır və Məşhur Məmmədovun sürücülük vəsiqəsinin olmadığı bəlli olur. Deputat yol polisi əməkdaşına hazırda sürücülük vəsiqəsinin özündə olmadığını, lakin qısa zamanda oğlunun gətirə biləcəyini bildirir.
Lakin DYP əməkdaşı “gecənin bu vaxtı sizin oğlunuzu gözləməliyikmi?” deyərək, millət vəkilinə etiraz edib.
Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd göstərdiyi görünür. Həmin şəxs polisin ona “vətəndaş” deyə müraciətinə “mən sənin üçün vətəndaş deyiləm, bağırma” – deyə reaksiya verib.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|