Öpüş səhnəsi ilə gündəm olan aktrisa: “Azərbaycanda stereotipləri qırmaq lazımdır”




      Bölmə: Şou Tarix: 30.01.2023 / 23:17

“Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır”.

44Gun.az xəbər verir ki, bunu “Əqrəb mövsümü” serialında öpüşmə səhnəsinə görə tənqidlərə tuş gələn aktrisa Şahanə Rzayeva deyib.

Aktrisa onu tənqid edənlərə səslənib:

“Öpüş səhnəsinə qalanda insanların mənim oynadığım obraz haqqında bildirdikləri tənqidi qəbul edirəm, pis rəylərə isə baxmıram. Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır. O stereotiplər olduğu müddətdə bu cür pis rəylər normaldır. Mən təklif edərdim, o pis rəy yazanlar oturub serialı izləsinlər..

Partnyorum Əli haqqında demək istəyirəm ki, yaxşı ki o insanla sənətimiz kəsişib… Çox istedadlı, peşəkar, sənətinə aşiq, yaradıcılığından da o tərəfə çox möhtəşəm insandır. Ailəsini də tanıyıram və hörmətim sonsuzdur.

Sənətimi çox sevirəm. Hər zaman da sənətim üçün çalışıram və çalışacağam.

Yadınızdadırsa, mən sizə “Əqrəb mövsümü” serialı çəkilməmişdən öncə müsahibə vermişdim və qeyd etmişdim ki, möhtəşəm bir serial gələcək. O səhnə ilə də bağlı vurğulamışdım ki, Azərbaycan tamaşaçısının sərt reaksiya verəcəyindən əminəm. Nəzərinizə çatdırım ki, serialı izləyənlərin 99 faizi, ümumiyyətlə, bu səhnə ilə bağlı pis rəy yazmayıb. Çünki serial, həqiqətən də, Azərbaycanda çəkilmiş - hələ ki – ən keyfiyyətli işlərdən biridir”.

Qeyd edək ki, aktyor Əli Əlizadənin həmkarı Şəhanə Rzayeva ilə öpüşdüyü kadr sosial şəbəkədə müzakirə olunub. Aktrisanı buna görə tənqid atəşinə tutanlar da olub, normal qəbul edənlər də. |yenicag.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)