“TikTok”dan VPN-lə istifadə edənlərə XƏBƏRDARLIQ EDİLDİ




      Bölmə: Sosial Tarix: 10.10.2023 / 18:58

Azərbaycanda təxminən üç həftədir “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Amma məhudiyyətin davam etməsinə baxmayaraq, hələ də “TikTok”dan istifadə edənlərə rast gəlinir. Bəziləri müxtəlif VPN proqramları vasitəsilə “TikTok” sosial şəbəkəsindən istifadəni davam etdirirlər. Amma çoxsaylı VPN-lər mövcud olsa da, əksər istifadəçilər bu proqramın yaratdığı risklərdən xəbərdar deyil.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev İqtisadiyyat.az-a açıqlamasında VPN-nin yol açdığı təhlükələrdən danışıb.

Onun sözlərinə görə, VPN istifadəçinin şəxsi məlumatlarını asanlıqla öyrənə bilir. Mütəxəssis deyir ki, bu proqram iki kompüter cihazı arasında olan məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən bir texnologiyadır:

“Yəni VPN qurulmuş cihazlarda informasiya şifrələnir və digər tərəfdə deşifrələnir. Bununla bağlı bir sıra VPN proqramları mövcuddur. Vətəndaşlarımız bu proqramlardan istifadə edərək fərqli ölkələrdəki serverlərə qoşularaq internet resurslarına bağlana bilərlər. Müharibə dövründə ölkəmizdə bəzi sosial media və internet resurslarına giriş qadağan edildiyi üçün vətəndaşlar VPN proqramından istifadə edərək bu resurslara qoşulmağa çalışırdı. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı risklər yaradır”.

“Əsas risklərdən biri odur ki, VPN proqramını mobil cihaza quraşdırdıqda müxtəlif qovluqlara, kontakta giriş icazəsi istəyir və ya icazə istəmədən daxil olur. Nəticədə şəxsi məlumatlar qarşı tərəfin əlinə keçə bilər. Digər risk isə VPN-ə bağlanan zaman bütün addımların izlənilə və hətta, şəxsi məlumatların qarşı tərəflərə sızdırıla və ya satıla bilməsidir. Bu baxımdan VPN-dən istifadə edən vətəndaşlar VPN proqramlarını quraşdırdıqda diqqətli olmalıdırlar. Əks halda onların şəxsi məlumatları asanlıqla təhlükə altında olacaq”, – deyə İT mütəxəssisi vurğulayıb.

Məlumat üçün bildirək ki, ölkəmizdə ən çox istifadə olunan riskli VPN proqramlarına “Psiphon”, “NordVPN”, “Hotspot Shield”, “Turbo VPN”, “TouchVPN”, “Speedify” və digərləri daxildir.

Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)