"Sən Allah, süd vəzi de, məmə demə" - Efirdəki sözlərə görə qalmaqal - FOTO




      Bölmə: Sosial Tarix: 18.10.2023 / 17:09

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan TV-yə irad bildirib. Buna Naxçıvan TV-də yayımlanan sağlamlıq verilişində "süd vəzi xərçəngi" əvəzinə, türkiyəli professorun "meme kanseri" ifadəsini işlətməsi səbəb olub.

44Gun.Az xəbər verir ki, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli qafqazinfo-ya açıqlamasında bu qərarı absurd adlandırıb: "Şura Naxçıvan TV-yə irad bildirib. Yanaşmaya baxın: Sağlamlıqla bağlı proqramda çox əhatəli məlumat verən və hamının başa düşdüyü dildə danışan türkiyəli professora yalvarmalıymışıq ki, süd vəzi de, sən Allah, məmə demə!

Qeyd edək ki, Şuranın məlumatında oktyabrın 17-də yayımlanan "Sağlam yaşa" verilişinin qonağı olan türkiyəli həkim professor Bülənt Ünal veriliş boyunca "meme kanseri" ifadəsindən istifadə etdiyi vurğulanıb: "Bu da cəmiyyətimiz tərəfindən qeyri-etik ifadə kimi qəbul olunur. 

Bu ifadə yerinə "süd vəzi xərçəngi" ifadəsinin işlədilməsi daha məqsədəuyğun olardı. Verilişin müəllifi tərəfindən əvvəlcədən qonağa həmin ifadənin işlədilməməsi ilə bağlı xəbərdarlıq edilməli idi. 

Eyni zamanda yayımlanan qısa görüntülərdə də qeyri-etik hallar müşahidə edilib. Veriliş nə qədər maarifləndirici xarakter daşısa da, onun başlanma vaxtı uşaqların izləyə biləcəyi zamana uyğun gəldiyi üçün burada "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri də pozulub".






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)