“Demək olar ki, Fatimə ilə analarımızı eyni yaşda, eyni xəstəlikdən itirmişik”




      Bölmə: Şou Tarix: 04.02.2023 / 12:46

“Tünzalə xanımın ölümünə çox pis oldum. O qədər üzüldüm, ağladım ki. Demək olar ki, övladı Fatimə ilə eyni yaşda, eyni xəstəlikdən analarımızı itirmişik. Allah əzizlərinə, yaxınlarına, ailəsinə səbr versin. Qızı anasız da olsa xoşbəxt olsun. Tünzalə xanım anamla el şənliklərində bərabər olublar, birgə deyib-gülüblər, münasibətləri yaxşı olub. Allah həm ona, həm də anama rəhmət etsin”.

Bunu Moderator.az-a açıqlamasında mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova deyib.

“Anamla eyni taleyi yaşadılar. Mən də onun qızı ilə eyni taleyi yaşadım. Ailələrimiz də eyni acını çəkir. Hər zaman onun çəkildiyi serialları izləyəndə üzümüzdə təbəssüm yaranır. Çünki o dərindən güldürməyi bacarırdı. Güldürdüyü kimi də bizləri bəzən göz yaşlarımıza qərq edirdi. Elə ölümü ilə də belə etdi. Tünzalə xanımı çox sevirdik, işinə də hörmət edirdik. Hələ də onun ölümünə inanmıram. Nə anam, nə də Tünzalə xanım ölməyib. Xalqımızın yaddaşında, qəlbində, ürəyində daim yaşayacaqlar” deyə aktrisanın qızı deyib.

Gövhər deyir ki, efirlərdə anasının çəkildiyi filmləri və tamaşaları tez-tez görmək istəyir.

“Dərslərimlə bağlı teatrda tamaşalara gedib baxa bilmirəm. O teatra gedəndə anamın iyini alıram. Öz-özümə fikirləşirəm ki, anam da nə vaxtsa buradan keçib, burada oturub, bu yerdən keçib səhnəyə çıxıb. Anam indiki Akademik Musiqili Teatrda çox obrazlar yaradıb. Sırf onun üçün tamaşalar hazırlanıb. İndi anam yoxdur, yəqin ki, onun rollarını həmkarları ifa edir. Həmin aktrisalara uğurlar arzu edirəm. 9 ilə yaxındır ki, anam dünyasını dəyişib, mənim yanımda deyil. Çox istərdim ki, efirlərdə onun çəkildiyi filmlər və tamaşalar tez-tez göstərilsin. Mən yalnız belə olan halda təsəlli tapa bilərəm” deyə aktrisanın qızı bildirib.

Gövhər deyir ki, anasının şəxsi əşyalarının bəzilərini saxlayıb.

“Anamın səhnə geyimləri teatrın geyim sexində qorunub saxlanılır. Ondan mənə yalnız sənəti ilə bağlı kasetləri və qızıl, zinət əşyaları qalıb. Bilirsiniz ki, Mübariz Mənsimov bizə 2 otaqlı ev hədiyyə edib. Bəzən o evdə yaşayırıq, bəzən isə Kubinkada anamın son günlərini keçirdiyi evdə qalırıq. Nənəm xəstədir deyə daha çox Kubinkada qalırıq. Xalamgili də bizim qonşuluğumuzda qalır. Amma deyirlər ki, həmin ərazi söküləcək. Hələ ki, belə deyilir, baxıb gediblər” deyə aktrisanın qızı deyib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)