Bakıda hərbçini döydülər - “Bunu edən komandir Sübhan Bəkirovdur”




      Bölmə: Gündəm Tarix: 10.02.2023 / 16:41

Bakıda ehtiyatda olan 2-ci dərəcəli zabit İftixar Dadaşov döyülüb.

İftixar Dadaşovun sözlərinə görə hadisə dünən baş verib:

“Dünən səhər uşaqlarımı məktəbə apararkən telefonuma zəng gəldi. Zəng edən Xalid Hüseynov idi. Dedi, səninlə işim var, nə zaman görüşək? Dedim günorta görüşə bilərik. Günorta vaxtı uşaqları evə buraxıb, maşını duracaqda saxladım. Binaya yaxınlaşanda blokun qarşısında Xalid Hüseynov və Niyazi Məmmədov (Hər ikisi hərbçidir) qarşımı kəsdilər. Salamlaşdıqdan sonra Xaliddən nə məsələ olduğunu soruşdum. Dedi, sən bizim bölgəni təhqir etmisən, söymüsən. Mən isə əksini, təhqir etmədiyimi dedim. Bildirdim ki, hara getsək də hər yer bizim zonadır. Əgər elə bir fakt varsa, gətirin göstərin, sübut edin, cavab verməyə hazıram. Onlar səslərini yüksəldərək mənə qarşı fiziki təzyiq göstərməyə başladılar. Çevrilib getmək istəyəndə, Xalid məni tutub yumruqla vurmağa başladı. Məni vurarkən yuxarı, binanın 4-cü mərtəbəsinə baxırdı. Hərbi hissənin komandiri həmin binanın 4-cü mərtəbəsində qalır. Deməli, yuxarıdan onlara baxan, təlimat verən də odur. Üz nahiyəmə kəllə vurdu, başladı yenə dalaşmağa ki, bizim zonanı, məni söymüsən. İkiəlli boğazımdan yapışaraq boğmağa başladı. Mən isə heç bir qarşılıq vermədən durmuşdum. Çünki bilirdim ki, bu qurama işdir.

Qonşular məni onlardan aldıqdan sonra dedilər ki, bir də sənin maşının burada görməyək. Söyüşlər, təhqirlər yağdırırdılar”.




Hadisənin səbəbkarı N saylı hərbi hissə komandiri Sübhan Bəkirovdur.


Zabit vurğulayıb ki, S. Bəkirov hərbi hissə komandiri təyin olunandan ona qarşı qərəzli münasibət bəsləyib:

“Əvvəlcə şöbə rəisi vəzifəsindən aşağı vəzifəyə keçirilməyimə dair Müdafiə Nazirliyinə saxta sənədlər göndərib və bunun əsasında qanunsuz əmr imzalamışdı. Mən həmin əmirin qanunsuz olduğunu məhkəmədə sübut etdim. Bundan sakitləşməyən S. Bəkirov "Puta" hərbi şəhərciyində yerləşən mənzildən ailəmi qanunsuz şəkildə çıxarmaq üçün məhkəməyə baş vurub. Bu dəfə də onun iddiası təmin olunmadı. Sübhan Bəkirov 2 ildən artıqdır ki, məni və ailə üzvlərimi təhdid edir”.

Qeyd edək ki, İ.Dadaşov hadisədən dərhal sonra “102” xidmətinə xidmətinə zəng edib.

Ərizə ilə müraciət etdikdən sonra tibbi ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra bölməyə dəvət olunacaq.

Davamı olacaq...

bakupost.az






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)